Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə ABŞ prezidenti Donald Trampla görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb: "Netanyahu Trampla telefonla danışıb. Baş nazir və prezident tezliklə ABŞ-da görüşmək barədə razılığa gəliblər".
Ofis qeyd edib ki, Netanyahu Amerika liderinə "iki ölkə arasındakı sıx əlaqələrə yüksək dəyər verdiyini" bildirib.
Bundan əvvəl Netanyahu bildirib ki, İsrail ABŞ-dan maliyyə yardımı almağı dayandırmalıdır. Baş nazir bunu İsrailin artıq özünü tam təmin etməsi ilə əsaslandırıb.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ