Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqların sürətləndiyi bildirilir.
Musavat.com xəbər verir ki, son saatlarda ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində danışıqların əhəmiyyətli dərəcədə sürətləndiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, proses Qətər və Pakistanın vasitəçiliyi ilə aparılır.
Məlumata görə, Vaşinqton Tehrana müəyyən iqtisadi güzəştlər və ya maliyyə dəstəyi təqdim etməyi nəzərdən keçirir. Bunun qarşılığında isə memorandumun imzalanması və atəşkəsin təmin olunması müzakirə edilir.
Bu fonda İsrailin Kanal 12 telekanalı ABŞ Prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını bildirib. Məlumata əsasən, Tramp Netanyahuya ABŞ-İran danışıqlarında əldə olunan irəliləyiş barədə məlumat verib və sazişin artıq bu axşam imzalana biləcəyini qeyd edib.
New York Times nəşrinin yazdığına görə, Qətər tərəflər arasında qalan fikir ayrılıqlarını aradan qaldırmağa çalışır və çərçivə sazişinin mümkün qədər tez əldə olunması üçün intensiv diplomatik fəaliyyət göstərir.
Eyni zamanda Tramp yeni açıqlamasında İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb. ABŞ prezidenti həmçinin Hörmüz boğazının yaxın vaxtlarda yenidən beynəlxalq ticarət fəaliyyəti üçün açılacağını gözlədiyini bildirib.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ