Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi xüsusilə Bakıda tıxaclar səbəbindən 8 saatlıq iş rejimindən sonra bəzən günün daha bir neçə saatını yollarda keçirməli oluruq.
Bununla da insanın ailəsinə, istirahətinə və şəxsi həyatına ayırdığı vaxt daha da azalmış olur. Bu baxımdan iş saatlarının azaldılması və ya daha çevik iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr səslənir.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, dünyada geniş yayılan hibrid və məsafədən iş modeli var. Bu, həftənin bəzi günlərinin ofisdə, bəzi günlərinin isə evdə işləməyi nəzərdə tutulur. Millət vəkili bildirib ki, Azərbaycan da artıq mərhələli şəkildə hibrid iş rejiminə keçidi reallaşdırılır.
Bəs Bakı sakinləri bu haqda necə düşünür?
TV Musavat-ın əməkdaşları bu sualla sakinlərə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ