İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar ABŞ-dən üz döndərir - ŞOK DETALLAR

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib ki, ABŞ-dən asılılıq dövrü bitdi.

Fərhan fikrini belə əsaslandırıb:

“Tramp öz ölkəsini belə qoruya bilmirsə, bizi necə qoruya bilər?”

Xarici işlər nazirinin bu cür bəyanatı müttəfiqlərin ABŞ-dən üz döndərməsi hesab oluna bilərmi? Prosesin daha da böyüyəcəyi gözlənilirmi?

abutalib_semedov.jpg (85 KB)

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, İran müharibəsi beynəlxalq təşkilatların əhəmiyyətini azaltmağın son dərəcə zərərli olduğunu göstərdi:

“Son illər ABŞ təkbaşına heç bir ölkəyə qarşı hərbi əməliyyatlara başlamamışdı. Bir qayda olaraq koalisiya şəklində əməliyyatlar keçirilirdi. Bu koalisiyaya ABŞ-nin ilk növbədə NATO-dan olan müttəfiqləri cəlb olunurdu və bütün potensial hərbi əməliyyatlarda iştirak edirdi. Eyni zamanda BMT Təhlükəsizlik Şurası da bəzən bu əməliyyatların keçirilməsi barədə qərarlar verirdi. Bu dəfə ABŞ nə NATO-dakı müttəfiqləri ilə hesablaşdı, nə də BMT Təhlükəsizlik Şurasında İrana hərbi müdaxilə məsələsini müzakirə etmək zərurəti hiss etdi. Təkbaşına hesab etdi ki, İranı məğlub edə və öz istəyinə çata bilər. Ancaq hadisələr göstərdi ki, bu cür yanaşma yanlışdır və hətta dünyanın ən böyük hərbi gücünün də müttəfiqlərə ehtiyacı var. Bundan sonra müttəfiq axtarışına, NATO-dakı üzvlərin bu işə cəlb olunmasına cəhdlər göstərildi və nəticə olmadı”.

Ekspert qeyd edib ki, dünyanın birinci hərbi gücü bu çətinlikləri gördü İranda:

“Bu hadisələr NATO-nun və BMT-nin əhəmiyyətini azaltmağın yanlış olduğunu göstərdi. Mən güman etmirəm ki, bu hadisələr ABŞ-nin müttəfiqlərinin bütövlükdə ondan üz döndərməsinə gətirib çıxaracaq. Müttəfiqlərin ABŞ-yə əvvəlki qədər yüksək etimadı, inamı, etibarı təbii ki, azalıb. Amma bu o demək deyil ki, tamamilə üz döndərəcəklər. Tramp hakimiyyətdən getdikdən sonra vəziyyət dəyişəcək”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR