Onlayn ictimai-siyasi qəzet
Respublikaçılar Partiyası ara seçkilərdə qalib gələrsə, ölkədə iri narkotik satıcılarına ölüm hökmü tətbiq olunacaq.
Musavat.com xəbər verir ki, bunu Alabama ştatındakı tərəfdarları qarşısında çıxış edərkən ABŞ prezidenti Donald Tramp deyib: "Biz iri narkotik satıcılarına, insan alverçilərinə və polis məmurunu öldürən hər kəsə ölüm hökmü tətbiq edəcəyik".
Qeyd edək ki, sentyabrın 30-da məhkum qatil Krista Payka Tennessi ştatının Neşvill şəhərindəki həbsxanada iki ölümcül iynə vurulub. Lakin icraçıların ağırlaşmalarla qarşılaşmasına və yeddi iynə istifadə etməsinə baxmayaraq, o, sağ qalıb. Onun vəkilləri əvvəllər Paykın trombositoz xəstəliyindən əziyyət çəkdiyini, bu vəziyyətdə inyeksiyanın qan laxtalanmasına və əlavə əzablara səbəb ola biləcəyini qeyd etmişdilər.
Paykın 200 ildən çox müddətdə Tennessi ştatında edam edilən ilk qadın olması planlaşdırılırdı. Uğursuzluqdan sonra qubernator Bill Li araşdırma aparmağı və 2026-cı ilə planlaşdırılan başqa bir edamı dayandıran qərar qəbul edib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ