İnsanlara hürriyət, millətlərə istiqlal!

“Öz fənnini bilməyən müəllimin…” - Nazirdən açıqlama

“Bizə nəyə görə məhz 51 bal müəyyən edilməsi ilə bağlı suallar verilir. Metodik hissəni ölçən suallarla bağlı müəllimlərdə bir xof var”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, fənn biliyi ilə bağlı müəllimlərin problemi yoxdur: “Öz fənnini bilən adam 50 suala cavab verir. Metodkadan 1 suala cavab versə belə 51 balı toplayacaq. Və ya öz fənnindən 49 suala cavab versə, metodikadan 2 bal toplamaqla 51 balı yığa bilər. Öz fənnini bilməyən adamın metodikanı yaxşı bilməsi real görünmür”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR