Onlayn ictimai-siyasi qəzet
Özgür Özelin liderliyi ilə təsis edilən "Yeni Partiya"nın adı ətrafında yaşanan hüquqi mübahisə yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, CHP-dəki hüquqi etibarsızlıq prosesindən sonra, 24 iyul 2026-cı ildə Özgür Özel və CHP-dən ayrılan 91 millət vəkilinin də daxil olduğu təsisçilər heyəti tərəfindən "Yeni Partiya" yaradılıb.
Lakin partiyanın adı "Yenilik Partiyası" tərəfindən oxşarlıq əsası ilə etirazla qarşılanıb.
Bu müraciətdən sonra Cümhuriyyət Baş Prokurorluğunun "Yeni Partiya"ya rəsmi xəbərdarlıq edərək adın dəyişdirilməsini tələb etdiyi bildirilir.
Yaranmış hüquqi problemin həlli yolları axtarılarkən jurnalist Barış Yarkadaş diqqətçəkən bir məlumat paylaşıb.
O, ad məsələsi tənzimlənməzsə, partiya daxilində alternativ olaraq "Dəyişim Partiyası" variantının müzakirə edildiyini və bu adın ön plana çıxdığını qeyd edib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ