İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan-Əfqanıstan sərhədində gərginlik artıb, atışmalar davam edir - VİDEO

Pakistan və Əfqanıstan sərhədində vəziyyət gərginləşib.

Musavat.com regional mənbələrə istinadən xəbər verir ki, sərhəd boyu toqquşmalar bir neçə məntəqədə davam edir və atəşkəs pozulub.

Pakistan rəsmiləri iddia edirlər ki, Əfqanıstanın hakimiyyətdəki Taliban qüvvələri sərhəd sektorlarına atəş açıb, buna cavab olaraq Pakistan təhlükəsizlik qüvvələri dərhal və sərt reaksiya verib. Atışmalar həm sərhəd məntəqələrində, həm də yaxın yaşayış məntəqələrinə təsir edib.

Əfqanıstan tərəfi isə Pakistanın hücumlarını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir və sərhəd bölgəsindəki hər hansı provokasiyalara qarşı cavab verəcəklərini bəyan edib.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR