Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçirilən parlament seçkilərindən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahından ilk optimist açıqlamalar səslənib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın seçki qərargahının rəhbəri Arayik Arutyunyan ilkin nəticələrin hakim komandanın gözləntilərinə uyğun olduğunu bildirib.
Onun sözlərinə görə, açıqlama verdiyi anda seçki məntəqələrinin təxminən 6-7 faizi üzrə məlumatlar artıq toplanmışdı və həmin məntəqələrdə seçici fəallığı 60 faiz civarında qeydə alınıb.
Jurnalistlərin yekun nəticələrlə bağlı gözləntiləri soruşmasına cavab verən Arutyunyan bildirib ki, seçkilərdən əvvəl irəli sürdükləri proqnozlar dəyişməyib.
“Gözləntilərimiz seçkilərdən əvvəl necə idisə, indi də elədir. Apardığımız iş göstərirdi ki, belə nəticə əldə edə bilərik. Sorğular da bunu təsdiqləyirdi”, – deyə o vurğulayıb.
Arutyunyan eyni zamanda seçki kampaniyası dövründə çoxlu sayda saxta xəbərlərin və manipulyativ məlumatların yayıldığını iddia edib.
Hakim partiya rəsmisinin sözlərinə görə, İrəvandan daxil olan ilkin məlumatlar xüsusilə diqqət çəkir.
“İrəvandan da artıq kifayət qədər məlumatımız var. Görünən odur ki, paytaxtda göstəricilər əvvəlki seçkilərlə müqayisədə daha yüksəkdir. Amma gəlin yekun nəticələri gözləyək”, – deyə Arutyunyan əlavə edib.
Qeyd edək ki, Ermənistanda seçkilərin rəsmi nəticələrinin açıqlanmasına qədər həm hakimiyyət, həm də müxalifət düşərgəsi paralel hesablamalar aparır və ilkin qiymətləndirmələrini ictimaiyyətlə bölüşür.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ