Onlayn ictimai-siyasi qəzet
Mən heç vaxt Ermənistanın heç bir suveren ərazisindən qoşunların çıxarılması barədə göstəriş verməmişəm.
Musavat.com-un məlumatına görə, bunu baş nazir Nikol Paşinyan noyabrın 27-də jurnalistlərlə söhbətində deyib.
O, 44 günlük müharibənin epizodları ilə bağlı məhkəmə prosesinin davam etdiyini qeyd edərək, bu işlərdən birində onun da dindirildiyini xatırladıb. Paşinyan əlavə edib ki, o, Ermənistan parlamentinin İstintaq Komitəsi tərəfindən də açıq şəkildə dindirilib.
Bundan başqa, Ermənistan xalqı tərəfindən sorğu-sual edildim və 2021-ci il seçkiləri istintaqa çevrildi. Mənim hərəkətlərim araşdırıldı və yenidən araşdırıla bilər. 44 günlük müharibə ilə bağlı heç kimin bilmədiyi nəsə varmı?
“Sizcə, cinayət işlərində ictimaiyyətin bildiyindən daha çox məlumat var? Bu, yanlış fikirdir”, - o qeyd edib.
Musavat.com
17 Iyun 2026
16 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ