Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan media ilə münasibətlərdə sərt mövqe nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
O, jurnalistlərə müraciət edib:
“Siz artıq məni boykot etməlisiniz. Bu qədər brifinq vermişəm. İstəsəniz, qeyri-rəsmi danışa bilərik, amma brifinq olmayacaq. Həftədə 2-3 dəfə brifinq keçirmək məntiqlidirmi? Mən suallara cavab verməyəcəyəm”.
Xatırladaq ki, hakim “Vətəndaş müqaviləsi” partiyasında daxili səsvermə keçirilir. Partiya üzvləri baş nazir postuna namizədi və seçki siyahısında ilk 50 yeri müəyyənləşdirirlər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ