İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Trampın şəxsi iştirakı ilə Ermənistan–Azərbaycan arasında sülh yaratdıq

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən Vaşinqton Sülh Zirvəsindən sonra diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Paşinyan Prezident Donald Trampın birbaşa və şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesində mühüm nəticə əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, Zirvədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən birgə məktub imzalanıb.

Paşinyan vurğulayıb ki, Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını “haqlı olaraq” alacağına böyük ümid bəsləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR