Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana işgüzar səfəri zamanı səhər saatlarında velosiped yürüşünə çıxıb.
Musavat.com xəbər verir ki, Paşinyan İssık-Kul gölünün sahili boyunca velosipedlə 30 kilometr məsafə qət edib.
Baş nazir daha sonra yürüşdən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq günə 30 kilometrlik velosiped yürüşü ilə başladığını bildirib.
Paşinyan Qırğızıstana Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün səfər edib. İclas Çolpon-Ata şəhərində keçirilir.
Səfər çərçivəsində Ermənistan hökumətinin başçısı Qırğızıstan prezidenti Sadır Japarovla da görüşüb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ