İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan iddia: 2026 seçkilərində qəti qələbə mənim olacaq

2026-cı il parlament seçkilərində “Ermənistan xalqı” inamlı qələbə qazanacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə 27 noyabrda jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat verib.

O əlavə edib ki, Ermənistan xalqının parlament seçkilərində birmənalı şəkildə qələbə qazanacağına çox böyük inamı var . Paşinyan burada “xalq” deyərkən yalnız öz tərəfdarlarını nəzərdə tutub.

Paşinyan bildirib ki, o heç vaxt heç bir seçkidə başqa məqsəd güdməyib. O əlavə edib ki, bu prinsip gələcəkdə də davam edəcək.

“Əgər kimsə özünə elə təsəvvür yaratmaq istəyirsə ki, mən ondan qorxuram — bu onun problemidir”, — deyə Nikol Paşinyan həmçinin həbsdə olan biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizə görə” hərəkatı ilə bağlı suala cavab verərkən qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR