Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Boeing şirkətilə İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün 8,57 milyard dollarlıq müqavilə bağlayıb.
Musavat.com ABŞ Müdafiə Nazirliyinin veb saytında verilən açıqlamaya istinadən xəbər verir ki, müqavilə "İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir".
Sazişə təchiz edilən təyyarələrin sayını 25 ədəd artırmaq seçimi daxildir.
Pentaqon Boeing şirkətinin 2035-ci ilin sonuna qədər müqavilə öhdəliklərini yerinə yetirəcəyini gözləyir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ