Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi İsrailin ölkədəki kəşfiyyat fəaliyyətini gücləndirməsindən ciddi şəkildə narahatdır.
Musavat.com xəbər verir ki, bu barədə "NBC News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, Pentaqonun Kəşfiyyat İdarəsi əks-kəşfiyyat təhdidlərinə dair yeni qiymətləndirmə hesabatı dərc edib və burada İsrail tərəfindən gələn təhlükənin səviyyəsi “kritik” dərəcəyə qaldırılıb.
Bu qərar Pentaqonun İsrailin Tramp administrasiyasının Yaxın Şərqlə bağlı qərarları barədə məlumat əldə etmək məqsədilə yüksəksəviyyəli ABŞ rəsmilərini xüsusi canfəşanlıqla izlədiyinə dair narahatlıqları fonunda qəbul edilib.
Telekanalın qeyd etdiyinə görə, İsrailin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bəyan edib ki, "İsrailin kəşfiyyat məlumatlarının toplanması istiqamətindəki səyləri müttəfiqlərinə qarşı deyil, düşmənlərinə yönəlib".
Öz növbəsində, Ağ Evin rəsmisi "NBC"yə verdiyi şərhdə İsrailin casusluğu ilə bağlı məlumatların yalan olduğunu bildirib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ