İnsanlara hürriyət, millətlərə istiqlal!

Pilot göylərdə sənət yaratdı: Qrinç səmada canlandı  

Kanadanın Halifax Stenfild beynəlxalq hava limanından havaya qalxan bir pilot aviasiya ilə incəsənəti birləşdirərək unikal performans nümayiş etdirib.

Musavat.com xəbər verir ki, pilot təxminən 2,5 saatlıq uçuş boyunca səmada Qrinç obrazını “çəkib”.

Məlumata görə, uçuş təxminən 600 metr hündürlükdə həyata keçirilib və marşrut son dərəcə dəqiqliklə planlaşdırılıb. Hətta Qrinçin gözləri və əlləri kimi xırda detallar belə nəzərə alınıb. Bayram ovqatlı bu uçuş Flightradar24 platformasında canlı izlənib və qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub.

Bu qeyri-adi uçuş bir daha sübut etdi ki, yaradıcılıq yalnız torpaqda deyil — minlərlə metr yüksəklikdə, səmada da baş verə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR