İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyada yolu cəngəlliyə dönüb: Sumqayıt Bələdiyyəsi təmizlikdən boyun qaçırır? - VİDEO

Sumqayıtın mərkəzi küçələrindən olan Sülh küçəsində maraqlı vəziyyət yaranıb.

Sumqayıt MİDA sakinləri iddia edirlər ki, aylarla təmizlənməyən piyada yolu kolluğa çevrilib, bələdiyyə isə müxtəlif bəhanələrlə bu ərazidə təmizlik işləri aparmaqdan boyun qaçırır. Belə ki, sakinlərdən redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, əslində bələdiyyə ötən il də oxşar problemə etinasız yanaşmışdı və çoxsaylı şikayətlərdən sonra təxminən yüz metrlik piyadalar üçün nəzərdə tutulan enli səki təmizlənmişdi.

Sakinlərin iki yolu var. Bir yol üzü bulvara gedən səliqəli daim nəzarətdə saxlanılan təmiz ərazidir. İkinci ən çox istifadə olunan yol isə Mehdi Hüseynzadə adına stadionun arxası sayılan və məktəblilərin də ən çox istifadə etdiyi nəzarətdən kənarda qalan yoldur.

Sakinləri ən çox narahat edən budur ki, axşam olan kimi az qala cənəgəlliyə çevrilən bu hündür ot, kol-kos küçə itlərinin məskəninə çevrilir. Hətta bu yaxınlarda kompleks sakinləri kolluqda yatan itlərin bir qadına və azyaşlı övladına hücumunun şahidi də olublar: “Əslində bu ərazi uzun müddətdir ki, belə nəzarətsiz qalıb. Halbuki, buranı bulvar ərazisindən cəmi yüz metr məsafə ayırır.

Kol-kos hər yeri basıb və nəinki axşamlar burada ytan itlərə, yayda ilanlara da rast gəlmək olur. Yağış yağanda isə ümumiyyətlə bu, sakinlərin məktəbə aparan yeganə yoluna çıxmaq, hərəkət etmək olmur. Palçıq, sürüşkən yer də məktəbə gedən uşaqlar və valideynlər üçün təhlükə mənbəyinə çevrilir. Amma indi bizim əsas istəyimiz bura daş döşənməsi, asfalt vurulub normal səki halına salınması yox, ehç olmasa cəngəlliyə çevrilən kollardan təmizlənməsidir. Çünki həm itlərin məskəninə çevrildiyi üçün həm də kollara görə məktəblilər və valideynlər məcbur olub səki ilə deyil, maşın yoluna çıxıb asfaltla hərəkət etməli olurlar.

Bələdiyyə hər hansı bədbəxt hadisənin qarşısını almaqdan ötr öz öhdəsinə düşəni etsə yaxşı olar. Müraciət etmişik, deyirlər bizə zəng yox, sakinlərin gəlib idarədə oturub rəsmi şəkildə müraciətini lazımdır... Bir bədbəxt hadisə olanda rəsmi müraciətyox idi deyə orada abadlıq görməmişdik deyəcəklər?”


Sumqayıt Bələdiyyəsindən Musavat.com-a bildirilib ki, qeyd olunan ərazinin aylarla təmizlənməməsi və bələdiyyənin təmizlik işlərindən boyun qaçırması ilə bağlı iddia həqiqəti əks etdirmir:

“Həmin ərazidə bir müddət əvvəl Sumqayıt Bələdiyyəsi tərəfindən təmizlik və abadlıq işləri aparılıb. Mövsümlə əlaqədar yaşıllığın yenidən artması nəzərə alınaraq, yaxın zamanda ərazidə aidiyyatı qurumlarla bir yerdə təmizlik işləri yenidən həyata keçiriləcək”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR