İnsanlara hürriyət, millətlərə istiqlal!

“Planım vardı: Kamçı prezident olacaq, mən istefa verəcəyəm’” – Japarov

Qırğızıstan prezidenti Sadır Japarov müsahibədə ləğv edilmiş varislik planı barədə danışaraq deyib ki, belə bir şəxsi planı olub: altı il işləmək və 2027-ci ildə seçkilərə qatılmamaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, sabiq milli təhlükəsizlik naziri Kamçıbek Taşıyevi nəzərdə tutaraq bildirib: “Əgər Kamçı o vaxta qədər hazır olsaydı, yaxşı işləsə və təcrübə qazansaydı, onun seçkilərə qatılmasını istəyirdim. Kamçının özüm namizəd göstərmədən prezident etmək və istirahətə getmək istəyirdim”, - deyə Japarov bildirib.

Qırğızıstan lideri deyib ki, ömrünün dörd ilini xaricdə, dörd ilini həbsdə keçirib və altı il sanki mühafizəçilərin nəzarəti altında olub: “Saçlarım ağarmışdı. Həm də dincəlmək istəyirdim. Nəvələrim var - onlara diqqət yetirmək istəyirdim. Təqaüdə çıxmaq istəyirdim”.

Japarovun sözlərinə görə, təxminən bir il əvvəl Taşiyevə öz plan barədə danışıb, onu prezidentliyə hazırlaşmağa çağırıb, lakin sonradan Taşiyevin buna hazır olmadığı qənaətinə gəlib. Buna səbəb Taşiyevin bəzi işçilərinin və tərəfdaşlarının hərəkətləri, 75 nəfərin imzaladığı məktub (həmin məktubda Japarov istefaya çağrılıb) və Qırğızıstan parlamentindəki parçalanma əlamətləri olub. Prezident görüb ki, parlamentdəki deputatlar iki yerə bölünməyə başlayaıb: generalın tərəfində olanlar və olmayanlar.

“Sonra ona zəng edib dedim ki, bunu etmək olmaz, xalqı bölmək mümkün deyil”, - deyə prezident bildirib.

oPQpxz_oIZBJwm0IMCgkTypz1xWEu-Qs.jpg (133 KB)

Japarov bildirib ki, Taşiyevə növbəti seçkilərdə şans verəcəyini deyib: “Mən ona dedim ki, bu üzdən səni vəzifəndən azad edirəm. Narahat olma. Əgər növbəti seçkilərdə iştirak etmək istəyirsənsə, iştirak etməyin üçün şərait yaradacağam".

Qeyd edək ki, bu ilin fevralında prezident S.Japarov K.Taşiyevi Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad ediib. Daha sonra onun bütün müavinləri vəzifələrindən azad olunub. Parlamentin spikeri Nurlanbek Turgunbekoğlu da istefa verməli olub.

Buna qədər onlar ayrılmaz dostlar hesab olunurdular.

G0t-kfmxFkpxg401zT-oKMUzgEfEexVP.jpg (125 KB)

Müsahibənin davamında Japarov 2005-ci ildən Taşiyevlə ailəvi dost olduğunu söyləyərək deyib: “Biz bir-birimizi 20 ildir tanıyırıq - 2005-ci ildə deputat kimi parlamentə gəldiyimizdən bəri. Dost olduq, bir-birimizin evinə getdik, çay içdik. 2020-ci ildə, mən həbsdən azad ediləndən və hakimiyyətə gələndən sonra onu Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin etdim. O, beş il yaxşı işlədi. Amma onun bir qüsuru var idi: sinif yoldaşlarını, tələbə dostlarını, yaxınlarını idarə edə bilmirdi. Son iki ildə mən ona birbaşa və açıq şəkildə demişəm: "Cinayətkar avtoritetlərin əmlakının yarısının talan edildiyi, yarısının isə mənimsənildiyi barədə insanlar arasında şayiələr gəzir". O, gedib yoxlayacağını deyirdi. İki gün sonra qayıdıb bildirirdi ki, "orada hər şey təmizdir". Yalnız işdən çıxarıldıqdan sonra, hər şey aydınlaşanda başını əyib dedi: "Səhv etdim, onlara inandım. O zaman dediklərini etməliydim".

Bununla belə, Japarov Taşiyevin DMTK-da beş il işlədiyi müddətdə ümumi işə böyük töhfə verdiyini qeyd edərək bildirib: "Yalnız onun səhvləri haqqında danışmaq düzgün deyil - onun da xidmətləri var. Xalq bunu görür. O, xüsusi tərifə, nailiyyətlərinə görə xüsusi qiymətləndirməyə layiqdir. Biz dostuq”.

A.Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR