İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Ukraynaya göndərdiyi silahların siyahısını açıqladı

Polşa Ukraynaya hərbi yardımla bağlı məlumatları açıqlamağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Varşava Rusiyanın genişmiqyaslı işğalından sonra Kiyevə ümumilikdə 16,55 milyard zlotı (təxminən 4,5 milyard dollar) həcmində hərbi yardım göstərib.

Nazirin sözlərinə görə, yardımın təxminən 15 milyard zlotısı 2022-2023-cü illərin payına düşüb. Daha 1,55 milyard zlotı dəyərində yardım isə Ukraynaya 2024-2026-cı illərdə təqdim olunub.

Polşa hakimiyyəti ilk dəfə olaraq Ukraynaya göndərilən silah və texnikaların bir hissəsini də açıqlayıb. Bildirilib ki, yardım paketinə T-72, PT-91 və Leopard 2A4 tankları, piyadaların döyüş maşınları, MiQ-29 qırıcıları, Mi-24 helikopterləri, artilleriya sistemləri, sursatlar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və “Patriot” kompleksləri üçün PAC-3 raketləri daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR