Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru xanım Luiza Arbura təbrik məktubu ünvanlayıb.
Musavat.com xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli xanım General-Qubernator,
Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.
01 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ