İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kasparovu öldürmək üçün adam tutub – ABŞ-dan XƏBƏRDARLIQ

ABŞ Harri Kasparov və digər Rusiya müxalifət xadimlərinə Kremlin sifariş etdiyi mümkün sui-qəsd cəhdləri barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, məlumatı El Mundo qəzeti yayıb. Bildirilir ki, Rusiya kəşfiyyat orqanları xaricdəki müxalifət xadimlərini öldürmək üçün sui-qəsdçilər cəlb etməyə davam edir. El Mundo xəbər verir ki, onların əsas hədəflərindən biri, ehtimal ki, məşhur rus şahmatçısı Harri Kasparovdur.
İlya Ponomariov, Vladimir Kara-Murza, İvan Tyutrin və Ruslan Qabbasov da potensial hədəflərdir.
ABŞ və bir sıra Avropa ölkələrinin hakimiyyət orqanları artıq onlardan bəzilərini həyatlarına təhlükə barədə xəbərdar edib və Kasparova mühacirətdən bəri ilk dəfə gücləndirilmiş təhlükəsizlik mühafizə təmin edilib.

ABŞ FTB-si də əvvəllər Rusiyanın Qərbdə Ukrayna tərəfdarlarını öldürməyi planlaşdırdığını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR