İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulun yeni rekordu: 400 nəfərin sərvəti 8 trilyon dollara çatdı

ABŞ-nin ən varlı 400 insanının yeni siyahısı açıqlanıb.

Musavat.com xəbər verir ki, “Forbes 400” reytinqinə yenidən İlon Mask başçılıq edir. “Forbes” onun sərvətini 908 milyard dollar qiymətləndirib. Ötən illə müqayisədə Maskın sərvəti iki dəfə artıb.

İlk onluqda yer alan digər milyarderlər və sərvətləri belədir:

Ceff Bezos — “Amazon”un qurucusu — 378 milyard dollar;

Larri Peyc — “Google”un həmtəsisçisi, “Alphabet”in Direktorlar Şurasının üzvü — 278 milyard dollar;

Maykl Dell — “Dell” şirkətinin qurucusu və baş direktoru — 263 milyard dollar;

Sergey Brin — “Google”un həmtəsisçisi, “Alphabet”in Direktorlar Şurasının üzvü — 256 milyard dollar;

Mark Zukerberq — “Meta”nın qurucusu və baş direktoru — 212 milyard dollar;

Larri Ellison — “Oracle”ın həmtəsisçisi və Direktorlar Şurasının sədri — 204 milyard dollar;

Censen Huanq — “Nvidia”nın həmtəsisçisi və baş direktoru — 199 milyard dollar;

Stiv Balmer — “Microsoft”un keçmiş baş direktoru — 156 milyard dollar;

Uorren Baffet — investor, “Berkshire Hathaway”in keçmiş baş direktoru — 144 milyard dollar.

“Forbes”in hesablamasına görə, siyahıdakı 400 nəfərin ümumi sərvəti ötən ilki 6,6 trilyon dollardan 8 trilyon dollara yüksələrək rekord həddə çatıb.

Bu il reytinqə 34 yeni iştirakçı daxil olub. Onların 10-dan çoxu süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR