Onlayn ictimai-siyasi qəzet
Qərb ölkələri Rusiya ticarət gəmilərini ələ keçirərsə, Moskva da eyni cavabı verəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, Qərb hökumətləri beynəlxalq hüququ pozaraq Rusiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışırlar. Putin bunu piratçılıq və soyğunçuluq adlandırıb.
"Əgər bu təcrübədə tətbiq olunmağa başlanarsa, biz eyni şəkildə cavab verməyə məcbur olacağıq. Bu cavab mütləq gəmilərimizə basqınların planlaşdırıldığı akvatoriyalarda verilməyəcək. Harada lazımdırsa, məqsədəuyğun hesab etdiyimiz istənilən yerdə cavab verəcəyik", - deyə Putin vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Putin NATO-nun Asiya-Sakit okean regionunda (ASOR) mövcudluğunu tədricən genişləndirdiyini bildirib. O qeyd edib ki, alyansın orada yeni silahlar yerləşdirmək planları Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdidlər yaradır.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ