Onlayn ictimai-siyasi qəzet
Vladimir Putin Rusiyada xarici cinayət və beynəlxalq məhkəmələrin qərarlarının icrasını qadağan edən qanunu imzalayıb.
Musavat.com xəbər verir ki, qanun hüquqi aktların rəsmi dərc olunduğu portalda dərc edilib.
Söhbət Rusiyanın nümayəndələrinin iştirak etmədiyi beynəlxalq məhkəmələrin qərarlarının, habelə səlahiyyətləri Rusiyanın beynəlxalq müqaviləsinə və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan beynəlxalq məhkəmə orqanlarının qərarlarının icrasının qadağan edilməsindən gedir.
Bu kateqoriyaya, məsələn, Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) daxildir. Həmin məhkəmə daha əvvəl Rusiya prezidenti Vladimir Putin, uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya Hərbi-Dəniz Qüvvələrinin komandanı Sergey Kobylaş və Qara dəniz donanmasının sabiq komandanı Viktor Sokolov barəsində həbs orderləri verib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ