İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən medal alan məşhur general ÖLDÜRÜLDÜ

Rusiya hərbi mənbələri və müharibəyə dəstək verən Telegram kanalları 4-cü əlahiddə qvardiya motoatıcı briqadasına komandanlıq edən Rusiya Qəhrəmanı və Çeçenistan Qəhrəmanı, general-mayor Anton Qrunisin həlak olduğunu bildirib.

Musavat.com xəbər verir ki, verilən məlumatlara görə, Qrunis Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb.

O, briqadaya 2023-cü ilin mayında, əvvəlki komandir Vyaçeslav Makarovun həlak olmasından sonra rəhbərlik etməyə başlayıb.

Generalın bölməsi Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda gedən döyüşlərdə birbaşa iştirak edib.

İyun ayında Qrunis şəxsən Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkanın ələ keçirilməsi barədə məruzə edib.

Avqustun 28-də Rusiya Müdafiə naziri Andrey Belousov Qrunisə "hərbi borcunu yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə" ali dövlət təltifini - Rusiya Qəhrəmanının "Qızıl Ulduz" medalını təqdim edib.

Arayış üçün bildirək ki, bundan əvvəl Rusiya mənbələri general-leytenant Sergey Milçakovun da Ukraynanın raket zərbəsi nəticəsində həlak olduğu barədə məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2026

17 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR