İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” Enfilddə səhnəyə çıxır – Çempionlar Liqasında son sözə doğru

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində son oyununa çıxır.

Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin nəhəng klubu “Liverpul”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da Enfild stadionunda başlayacaq. Matç UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilir və bu oyun “Qarabağ” üçün turnirdəki son sınaq olacaq.

Oyun öncəsi klub tərəfindən paylaşılan fotolar “Qarabağ”ın Anfilddə tam hazır vəziyyətdə olduğunu göstərir.

Paltardəyişmə otağında formalar, kapitan sarğısı, oyuna xüsusi hazırlanmış atributlar və iki klub arasında keçiriləcək qarşılaşmaya həsr olunmuş xatirə bayrağı artıq yerini alıb.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR