İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb nəşrindən XƏBƏRDARLIQ – Putin bu hədəfinə çatsa...

“Sülh sazişi çərçivəsində Donbasda ediləcək istənilən güzəşt müharibəni dayandırmayacaq, əksinə, Rusiyaya Ukraynanın daxilinə doğru daha genişmiqyaslı hücuma hazırlaşmaq üçün vaxt qazandıracaq”.

Bu barədə "The New York Times" nəşrinin analitik məqaləsində bildirilib.

Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın Donetsk vilayətinə tam nəzarəti tələb etməsi sadəcə "nüfuzunu qorumaq" cəhdi deyil, Slavyansk və Kramatorsk şəhərlərinin təhvil verilməsi Kiyevi şərqdəki ən güclü müdafiə xəttindən məhrum edəcək (Teleqraf).

Qeyd olunur ki, Donetsk vilayətinin hazırda Ukraynanın nəzarətində olan hissəsi cəbhənin ən möhkəmləndirilmiş ərazilərindən biridir. Buradakı müdafiə qurğuları Rusiyanın tammiqyaslı işğalından çox əvvəl – 2014-cü ildən bəri inşa edilib. Ekspertlərin fikrincə, əgər sülh planı ərazilər təhvil verildikdən sonra pozularsa (bir çoxları bu ssenarini tamamilə real hesab edir) Rusiya zəifləmiş Ukraynanın daxilinə doğru yeni işğala başlamaq üçün ideal strateji mövqedə olacaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsinin, xüsusilə də Donbas mövzusunun əsas müzakirə predmeti olduğunu bildirib.

Putinilta irvokas tervehdys – yksi seikka osoittaa, ettei Venäjä halua  rauhaa

"The New York Times"in gözləntisi nə dərəcədə də əsaslıdır?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, “The New York Times” nəşrinin irəli sürdüyü iddialar prinsipcə kifayət qədər əsaslı iddialardır:

“Bu, əslində təkcə Donbasla bağlı yox, Rusiyanın ümumi strateji davranış modeli ilə bağlı olan məsələdir. Rusiyanın Ukraynaya qarşı müharibədəki məqsədlərinin yalnız Donbasla məhdudlaşmadığı keçən dövr ərzində rəsmi Moskvanın davranışları ilə sübut olunub. 2022-ci ilin fevralında başlayan hərbi əməliyyatlar Kiyev, Xarkov, Odessa kimi strateji şəhərləri də əhatə edib. Bu isə münaqişənin mahiyyətinin təkcə ərazi mübahisəsi deyil, Ukraynanın dövlətçilik modeli, təhlükəsizlik orientasiyası və Qərblə inteqrasiya kursu ilə bağlı olduğunu göstərir. Belə olan halda, Donbas üzərində güzəşt Rusiyanın daha geniş strateji ambisiyalarından imtina edəcəyi anlamına gəlmir”.

Yusif Bağırzadə - Teleqraf

Mümkün sülh razılaşmasının Rusiyaya “vaxt qazandırması” ehtimalına gəldikdə isə politoloq hesab edir ki, bu arqument tarixi presedentlər fonunda xüsusilə diqqətə layiqdir:

“2014-cü ildən sonra imzalanmış Minsk razılaşmaları formal olaraq hərbi gərginliyi azaltmalı idi, lakin praktiki nəticə etibarilə münaqişə dondurulmadı, əksinə, yeni mərhələyə hazırlıq üçün şərait yarandı. Rusiya bu dövrdə həm hərbi, həm də siyasi mövqelərini möhkəmləndirdi, Ukrayna isə tam təhlükəsizlik zəmanəti əldə edə bilmədi. Bu təcrübə də öz növbəsində zəif icra mexanizmləri olan razılaşmaların sülhü deyil, sadəcə fasiləni təmin etdiyi ilə bağlı qənaətin formalaşmasına səbəb olub.

Bununla belə, adı çəkilən nəşrin mövqeyini tam dəyişməz həqiqət kimi qəbul etmək də düzgün olmazdı. Rusiya uzunmüddətli müharibə nəticəsində ciddi iqtisadi sanksiyalar, insan itkisi və daxili sosial gərginliklə üzləşib. Bu faktorlar Kremlin manevr imkanlarını məhdudlaşdırır. Məhz buna görə də Donbas üzərində kompromis Moskva üçün minimum qənaətbəxş nəticə rolunu oynaya və müharibənin daha da genişlənməsinin qarşısını ala bilər”.

Y.Bağırzadə deyib ki, Rusiyanın ehtimal olunan sülh razılşamalarından sonrakı davaranışları isə bu sülh sazişinin hansı təhlükəsizlik mexanizmləri ilə müşayiət olunacağından asılı olacaq.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR