İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda insan cəsədlərinin kremasiyası qadağan olundu

Musavat.com xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov "Dəfn və dəfn işləri haqqında" qanuna dəyişiklikləri imzalayıb. Yeni qanunvericiliyə əsasən, ölkədə vəfat edən şəxslərin yandırılması (kremasiyası) rəsmən qadağan edilib.

Dəyişikliklərə əsasən, qanunvericilikdən kül saxlanılan urnaların dəfn edilməsi ilə bağlı maddələr çıxarılıb, kremasiyanın bir dəfn növü kimi tətbiqini nəzərdə tutan normalar isə hüquqi qüvvəsini itirib.

Qanunun yeni redaksiyasına əsasən, "kremasiya" anlayışı bundan sonra yalnız tibbi fəaliyyət nəticəsində yaranan bioloji tullantıların termiki məhv edilməsi prosesinə şamil olunacaq. Ölkədəki krematorilərdən isə mülki dəfnlər üçün deyil, yalnız bu kimi sanitariya-gigiyena məqsədləri üçün istifadə ediləcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR