İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qlobal ticarət iflic oldu"- 1500 nəhəng gəmi Hürmüz boğazı önündə ilişib qaldı: Kritik gərginlik

Dünyanın ən mühüm dəniz nəqliyyatı qovşaqlarından biri olan Hörmüz boğazında vəziyyət kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, İranın dövlət mediasının cümə axşamı yaydığı məlumata görə, hazırda 1500-ə yaxın gəmi boğazdan keçmək üçün dənizdə növbə gözləyir.

Yaranmış gərginlik fonunda rəsmi Tehran gəmilərin hərəkəti ilə bağlı yeni və sərt qaydalar tətbiq edib.

Məlumata əsasən, bu strateji su yolundan keçmək istəyən istənilən gəmi mütləq şəkildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindən rəsmi icazə almalıdır.

SEPAH-ın bu tələbi qlobal ticarət yollarında ciddi narahatlığa və gəmilərin hərəkətində böyük ləngimələrə səbəb olub. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, 1500 gəminin eyni vaxtda gözləmə mövqeyinə çəkilməsi dünya neft və qaz bazarlarına ciddi təsir göstərə bilər. İran tərəfi bu addımı təhlükəsizlik tədbirləri ilə əsaslandırsa da, bir çox Qərb ölkələri bunu naviqasiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndirirlər.

Boğazdakı "tıxac" həm də hərbi gərginliyin artdığı bir vaxtda riskləri daha da çoxaldır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR