Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən Rusiyada bütün istehlakçılar üçün enerji tarifləri kəskin artırılıb.
Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiyanın Vahid Milli Enerji Şəbəkəsində (UNEG) elektrik enerjisi ötürmə tariflərinin artımı 1 oktyabr tarixindən etibarən 16 faiz, paylama şəbəkəsi tarifi isə bütün istehlakçılar (həm ev təsərrüfatları, həm də digərləri) üçün 15,2 faiz təşkil edir.
Ev təsərrüfatları üçün son elektrik enerjisi qiyməti isə öz növbəsində 11,3 faiz artıb.
Qeyd edək ki, bu, Rusiyada oktyabr ayında ilk tarif artımıdır; enerji tarifləri adətən iyul ayından etibarən indeksləşdirilir.
Rusiyan dövlət büdcəsi sənədində açıqlanan makroiqtisadi proqnoza görə, gələn il üçün tariflər iyul ayından etibarən Vahid Milli Enerji Şəbəkəsi üçün 16,7 faiz, ev təsərrüfatları üçün 17,5 faiz və digərləri üçün 15,2 faiz arta bilər. Elektrik enerjisi qiymətlərinin son artımının 14,4 faizə çatacağı gözlənilir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ