İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” klubunu qəbul edir.

Bakıda baş tutacaq matçda diqqətçəkən məqam “Köhlən atlar”ın start heyətində təcrübəli qapıçı Mateuş Koxalskinin yer almamasıdır.

Belə ki, bugünkü qarşılaşmada Ağdam təmsilçisinin çərçivəsini Martin Zlomisliç qoruyacaq.

Polşalı qolkiperin ehtiyatda qalmasına səbəb kimi onun ÇSKA və “Dinamo” ilə keçirilən ilk matçlarda zəif təəssürat bağışlaması göstərilir.

Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR