İnsanlara hürriyət, millətlərə istiqlal!

“Real Madrid ” onu klubdan qovdu

Madridin “Real” futbol klubu Xabi Alonsonun baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.

Musavat.com xəbər verir ki, qərar komandanın İspaniya Superkubokunun finalında əsas rəqibi “Barselona”ya 2:3 hesabı ilə məğlub olmasından sonra verilib.

Klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Xabi Alonsonun yerinə “Real”ın sabiq futbolçusu Alvaro Arbeloa baş məşqçi təyin olunub. O, indiyədək klubun aşağı yaş qrupları ilə çalışırdı və artıq əsas komandanın sükanı ona etibar edilib.

Qeyd edək ki, Xabi Alonso qısa müddətdə “kral klubu”nda müəyyən dəyişikliklər etsə də, mövsüm ərzində həlledici oyunlarda alınan nəticələr rəhbərliyi radikal qərar verməyə vadar edib. Superkubok finalında Barcelona qarşısında məğlubiyyət isə bu prosesin son nöqtəsi olub.

Beləliklə, Real Madrid mövsümün qalan hissəsini yeni baş məşqçi ilə davam etdirəcək və rəhbərlik Arbeloanın komandanı sabitliyə aparacağına ümid edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR