İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanə atasına belə vida etdi: “İçimdə həmişə o balaca qız qaldı”

Müğənni Rəqsanə atasının vəfatı ilə bağlı sosial media hesabında duyğusal paylaşım edib.

Sənətçi atasına olan həsrətini ifadə edərək uşaqlıqdan qalan yaralarının və yaşaya bilmədikləri ata-qız sevgisinin ağrısını dilə gətirib.

Musavat.com xəbər verir ki, Rəqsanə paylaşımında atasına müraciətlə onun ən çox ehtiyac duyduğu vaxtlarda yanında olmadığını yazıb.

“Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin. Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı”, – deyə müğənni bildirib.

Rəksanə atasının artıq olmadığını vurğulayaraq onunla bağlı içində qalan sözləri deyə bilməyəcəyini qeyd edib.

“Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan. Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram”, – deyə o yazıb.

Müğənni paylaşımının sonunda atasına “Allah rəhmət eləsin, ata” sözləri ilə müraciət edib.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR