Onlayn ictimai-siyasi qəzet
İngiltərənin ən məşhur təbiət simvollarından biri hesab olunan Major Oak palıdının quruduğu açıqlanıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Şervud meşəsində yerləşən və Robin Hud əfsanəsi ilə əlaqələndirilən Major Oak palıdı təxminən 1200 yaşında quruyub. Bu yaz ağac ilk dəfə yarpaq açmayıb.
Mütəxəssislərin məlumatına görə, son illərdə davam edən quraqlıq, rekord istilər və kök sisteminin zəifləməsi ağacın məhvinə səbəb olub. Həmçinin, uzun illər ərzində bölgəyə gələn çoxsaylı turistlərin torpağı sıxlaşdırması nəticəsində köklərə kifayət qədər su çatmayıb.
Rəvayətlərə əsasən, Robin Hud və silahdaşları vaxtilə bu nəhəng palıdın içərisində gizlənərək sığınacaq tapıblar. Məhz buna görə Major Oak əsrlərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqət mərkəzində olub.
Ağac artıq qurusa da, onun Şervud meşəsinin mühüm ekoloji elementi və tarixi-təbii abidə kimi qorunub saxlanılması planlaşdırılır.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ