Onlayn ictimai-siyasi qəzet
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin gizli şəkildə evlənib.
Mərasim olduqca məxfi keçirilib və cütlüyün uşaqlarından başqa yalnız dörd şahid iştirak edib.
Xəbərdə ən çox diqqət çəkən məqam isə Ronaldonun ailəsinin mərasimdə iştirak etməməsi olub. İddiaya görə, futbolçunun anası Dolores Aveiro, qardaşı Huqo və bacıları Elma ilə Katia evlilik barədə mərasimdən cəmi 30 saniyə əvvəl məlumat alıblar.
Bunun Ronaldo ilə ailəsi arasında narazılıq yaradacağı iddia edilsə də, Dolores və Katia sonradan sosial şəbəkədə cütlüyün fotosuna ürək və üzük emojiləri əlavə edərək evliliyə münasibətlərini göstəriblər.(lent.az)
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ