İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio BMT tədbirinə gedən İran nümayəndələrini qovmaq istəyib

Sentyabrın 28-də ABŞ dövlət katibi Marko Rubio ikitərəfli sülh danışıqları çıxılmaz vəziyyətə düşdükdən sonra BMT Baş Assambleyasındakı İran nümayəndə heyətindən dərhal ölkəni tərk etməsini tələb edib.

Musavat.com Axios-a istinadən xəbər verir ki, 28 sentyabr səhəri Ağ Ev həmin gün İranla danışıqlarda irəliləyişin müşahidə olunacağını gözləyib. Lakin günün sonunda danışıqların dalana dirəndiyi məlum olub.

Daha sonra, portalın mənbəyinə görə, həmin axşam Rubionun əmri ilə ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi iranlı həmkarlarına İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin dərhal Nyu-Yorku tərk etməli olduğunu bildirib. Bir neçə saat sonra iranlılar hava limanına gedib və 29 sentyabr gecəsi Dohaya uçublar. Lakin Axios-un mənbəyinin qeyd etdiyi kimi, Əraqçi artıq bazar ertəsi axşamı Tehrana qayıtmağı planlaşdırırmış. Yəni iranlılar Nyu-Yorkda "gözləniləndən daha uzun müddət qalıblar".

İran hökuməti Axios-un məlumatı ilə bağlı açıqlama verərək, nümayəndə heyətinin Nyu-Yorkdan əvvəlcədən nəzərdə tutulan vaxtda çıxdığını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR