İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio NATO nazirlər görüşündə iştirak etməyəcək

ABŞ dövlət katibi Marko Rubio dekabrın 3-də Brüsseldə keçiriləcək NATO Xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.

Musavat.com xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb. Mənbənin məlumatına görə, ABŞ-ı görüşdə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək. Reuters Rubionun qarşıdan gələn görüşdə iştirak etməməsini "çox qeyri-adi" adlandıraraq, bunun "Vaşinqtonun Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı daha çox suallar doğuracağını" vurğulayıb. Agentlik Rubionun iştirak etməməsinin səbəbini açıqlamayıb.

Noyabrın 10-da NATO-nun mətbuat xidməti alyansın xarici işlər nazirlərinin görüşünün 3 dekabrda Brüsseldə keçiriləcəyini açıqlayıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR