Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevə rəsmi etiraz bildirib. Etirazın səbəbi Rumıniya ərazisinə pilotsuz uçuş aparatı qalıqlarının düşməsi ilə bağlı insidentdir. Bu barədə məlumatı Reuters yayıb.
11 noyabrda Rumıniya Müdafiə Nazirliyi Ukraynadakı obyektlərə Rusiya hücumu zamanı ölkə sərhədinə yaxın ərazidə BPLA-ların aşkar edildiyini bildirmişdi. Hadisə ilə əlaqədar Tulça rayonunun şimal hissəsində yaşayan sakinlər üçün hava həyəcanı elan olunmuşdu.
Rumıniyanın Qrindu kəndində BPLA fraqmentləri tapılıb. XİN-in açıqlamasına görə, əldə olunan sübutlar həmin dronun Rusiyaya məxsus olduğunu göstərir.
Rəsmi Buxarest insidentin NATO sərhədləri yaxınlığında baş verməsinin ciddi narahatlıq yaratdığını vurğulayıb.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ