Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rus Pravoslav Kilsəsinin nümayəndəsi, keşiş Parxomenko qadınların ailə və cəmiyyətdəki rolu ilə bağlı sərt və böyük tənqid doğuran açıqlama verib.
O, mübahisəli çıxışında bildirib:
“Qadın susmalıdır. O, öz mətbəxini, uşaqlarını bilər. Siyasət, iqtisadiyyat, ticarət — bunlar kişinin işidir. Pulu kişi qazanır. Ər nə deyirsə, qadın da onu etməlidir”.
Keşişin bu sözləri Rusiyada geniş narazılığa səbəb olub və qadın hüquqlarını alçaldan, köhnəlmiş stereotipləri təbliğ edən yanaşma kimi qiymətləndirilib.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ