İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevi “Kalibr” və “İsgəndər”lə VURDU: Ölənlər var - VİDEO

Kiyev noyabrın 25-nə keçən gecə Rusiya hərbçiləri tərəfindən qanadlı və ballistik raketlərdən, həmçinin kamikadze dronlardan istifadə etməklə kütləvi hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha 7 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, “Geran” tipli PUA-lar, “İsgəndər” taktiki raket sistemləri, “Kalibr” qanadlı raketləri və “Kinjal” hipersəs raketlərinin birgə zərbəsi Ukrayna Silahlı Qüvvələrinin Kiyev və ətraf regionlardakı obyektlərini və enerji infrastrukturunu, eləcə də Çerkassı, Poltava, Kirva, Sumı və Odesa şəhərlərini hədəfə alıb.

Kiyevin bəzi ərazilərində isə elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR