İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna arasında QAPALI GÖRÜŞ başladı, Kremldən ŞOK: Ordu yeridiləcək!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrindən ibarət “Könüllülər Koalisiyası”na məxsus hərbi qüvvələrin Ukraynada yerləşdirilməsi planını “açıq hərbi müdaxilə” adlandırıb. O, brifinqdə bildirib. “Bütün bunlar açıq-aşkar xarici hərbi müdaxilə planıdır. Bunu belə adlandırmaq lazımdır”, - Zaxarova vurğulayıb.

NATO baş katibi Mark Rutte bundan əvvəl açıqlamışdı ki, Ukraynada sülh təmin edildikdən dərhal sonra orada qoşunlar, silahlar, aviasiya və dəniz hərbi qüvvələri yerləşdiriləcək.

Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb. Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.
Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 8-9 fevral tarixlərində Hörmüz boğazında planlaşdırdığı döyüş atışlı təlimləri ABŞ-ın xəbərdarlıqlarından sonra ləğv edilib. “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, qərar ABŞ-ın F-35 döyüş təyyarəsi tərəfindən Ərəbistan dənizi üzərində vurulan İran dronu və İran gəmilərinin ABŞ tankerini dayandırmaq cəhdləri fonunda qəbul olunub.

“Amerika hücum edərsə, İranın qisas hücumunun ilk hədəfi İsrail olacaq”.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Dağiqi bazar ertəsi günü Livanın Əl-Mayadin televiziyasına verdiyi açıqlamada bildirib. Dağıqi İranın hərbi mövqeyinin çəkindirmə və müdafiəyə əsaslandığını bildirib, lakin hər hansı bir hücumun gözlənilməz cavabla üzləşəcəyini qeyd edib.

ABŞ ilə İran arasında danışıqların keçirilməsi planı tərtib edilib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai fevarlın 4-də keçirdiyi mətbuat konfransında danışıqların keçirilməsinin əlaqələndirmə prosesi ilə bağlı açıqlamasında bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin mövzularını professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR