Onlayn ictimai-siyasi qəzet
Rusiya-Azərbaycanla münasibətlərində yaranan gərginlik fonunda vətəndaşlarına, o cümlədən mədəniyyət xadimlərinə bu ölkəyə səfərləri planlaşdırarkən riskləri ciddi şəkildə ölçüb-biçməyi tövsiyə edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu prezident Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “İnterfaks”a açıqlamasında deyib.
Şvıdkoy bildirib ki, Moskva artıq “dost olmayan dövlətlərdə rus mədəniyyətinin ləğvini” görüb və bunun heç bir nəticə vermədiyini zamanın göstərdiyini vurğulayıb:
“Çünki rus mədəniyyətini, mahiyyət etibarilə, heç vaxt ləğv etmək mümkün deyil”.
Ekspertlər qeyd edir ki, Rusiya rəsmilərinin bu cür açıqlamaları son günlər Azərbaycanda saxlanılan Rusiya vətəndaşları və media təmsilçiləri ilə bağlı vəziyyətin fonunda verilmiş ola bilər.
Xatırladaq ki, Bakıda “Sputnik” və “Ruptly” agentliklərinin əməkdaşları saxlanılıb.
Hazırda Rusiyada Azərbaycana və orada yaşayan azərbaycanlılara nifrət mühiti mövcuddur. Yekaterinburqda baş verən dövlət terroru isə Azərbaycanı hiddətləndirib.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ