Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Moskva vilayətinin Balaxixa şəhərində mənzillərdən birində başsız uşaq meyiti aşkar edilib. Bu barədə məlumatı hüquq-mühafizə orqanları “RIA Novosti”yə təsdiqləyib.
İlkin versiyaya görə, bu dəhşətli fakt Moskvanın Qolyanovo rayonundakı göldə bu gün aşkarlanmış uşaq bədəninin müxtəlif hissələri ilə əlaqəli ola bilər. Lakin hüquq-mühafizə strukturları əlaqənin olub-olmadığını hələ dəqiqləşdirir.
Moskvaətrafı İstintaq Komitəsi Balaxixada tapılan meyit barədə məlumatı təsdiqləyib və hazırda bu iki hadisənin bir-biri ilə bağlılığının araşdırıldığını bildirib.
Hazırda istintaq qurumları hadisənin bütün təfərrüatlarını müəyyən etməyə çalışır.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ