Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın Samara vilayətində yerləşən Sızran neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
"Sızran NEZ - sıradan çıxdı", - deyə Kovalenko öz Telegram kanalında yazıb.
Ukraynanın monitorinq kanallarının məlumatına görə, müəssisənin yerləşdiyi ərazidə bir neçə güclü partlayış səsi eşidilib, daha sonra zavodun ərazisindən qatı tüstü qatları yüksəlməyə başlayıb.
Sızran neft emalı zavodu "Rosneft" şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən iri neft emalı müəssisələrindən biridir.
Hücum və onun fəsadları barədə məlumatlar hələlik müstəqil mənbələr tərəfindən rəsmən təsdiqlənməyib.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ