İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada SƏFƏRBƏRLİK təşvişi: kütləvi ev alışı BAŞLADI

Yerli daşınmaz əmlak agentləri "Verstka" ya bildiriblər ki, ruslar yeni səfərbərlik dalğası barədə xəbərlər fonunda İrəvanda mənzillərə tələbatı kəskin şəkildə artırıblar. Musavat.com məlumat verir ki, son iki ildə əsas müştərilər "bir mənzildən digərinə köçən" mühacirlər olub.

Lakin indi “müraciət edənlərin 80%-i bu yaxınlarda köçən və ya yeni hazırlaşanlardır”. Nəşrin həmsöhbəti əlavə edib ki, vəziyyət ümumiyyətlə 2022-ci illə müqayisə edilə bilər. Agent qeyd edib ki, nəticədə son üç ayda Ermənistan paytaxtında kirayə qiymətləri təxminən 30% artıb. “İnsanlar may tətillərindən bəri gəlirlər, indi isə daha çox. Sentyabr ayı üçün çoxlu sorğularım var. Düşünürəm ki, onlar [Dövlət Duması] seçkilərindən əvvəl qaçmaq istəyirlər. Buna görə də qiymətlər, ehtimal ki, sentyabr ayında daha da artacaq”, - deyə agent qeyd edib. Eyni zamanda, qəzetin həmsöhbətlərindən biri mənzillərin hazırkı qiymətlərini “sadəcə dəlicəsinə” adlandırıb.

Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA — TodayPress.tv

Hər gün artıq Ermənistana uçan və ya payızda mühacirət etməyi planlaşdıranlardan onlarla yeni elan gəlir. Həm uşaqlı ailələr, həm də subay gənc kişilər və qadınlar mənzil axtarırlar. Eyni zamanda, Ermənistandakı daşınmaz əmlak haqda “Dramla Metrlər” (“Метры в драмах”) kanalı qeyd edir ki, artıq kirayə üçün normal seçimlər yoxdur. Bundan əlavə, “Google Trends” statistikasına görə, rusların 2026-cı ilin yayında İrəvanda mənzillərə maraq səviyyəsi artıq Ukraynanın işğalının və səfərbərlik dövrünün başlanğıcı ilə müqayisə edilə bilər.

Daha əvvəl “Verstka”nın mənbələri sentyabrda Dövlət Dumasına keçirilən seçkilərdən sonra hakimiyyətin ölkədə hərbi vəziyyət tətbiq edə və səfərbərlik keçirə biləcəyini bildirmişdilər. Xüsusilə, Vaşinqton Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yeni səfərbərliyin hazırlanması barədə yazıblar. “Vaşinqton Post” qəzetinə danışan bəzi avropalı diplomatlar da bunu istisna etməyiblər. Onların fikrincə, cəbhədə yüksək itkilər davam edərsə, Kreml belə bir addım ata bilər.

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin yeni səfərbərlik çərçivəsində cəbhəyə 300.000 - 500.000 nəfər göndərməyə hazırlaşdığını açıqladı. O, bunu ilin əvvəlindən bəri Rusiya Müdafiə Nazirliyinin 221.000 müqaviləli əsgər cəlb etməsi, eyni dövrdə itkilərin 225.500 nəfərə çatması və onlardan 131.000-nin həlak olması ilə izah edib.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR