İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan İrəvana dəmir yolu təhdidi: Hər qəpiyi qaytaracaqsınız

Rusiya Ermənistanı dəmir yolu konsessiyası ilə bağlı mümkün qərarın ağır maliyyə nəticələri barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, Rusiya Dəmir Yollarının (RJD) rəhbəri Oleq Belozyorov bildirib ki, konsessiya müqaviləsinə xitam veriləcəyi təqdirdə şirkət yatırdığı investisiyaların geri qaytarılmasını tələb edə bilər.

Onun sözlərinə görə, RJD Ermənistan qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirib. Əldə olunan bütün mənfəət Cənubi Qafqaz Dəmir Yolunun inkişafına yönəldilib və indiyədək heç vaxt dividend ödənilməyib.

Belozyorov əlavə edib ki, Cənubi Qafqaz Dəmir Yolu Ermənistanın ən böyük işəgötürənlərindən biri olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR