İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalılar 20 il əvvəl aldıqları mənzillərdən zorla çıxarıldı - VİDEO

Musavat.com xəbər verir ki, Misirin Şarm-əl-Şeyx şəhərində yerləşən Royal Oasis yaşayış kompleksində onlarla rusiyalı sakin məhkəmə qərarı ilə mənzillərindən zorla çıxarılıb.

Bu barədə “RIA Novosti”yə məlumat verən mənbə bildirib ki, söhbət 2000-ci illərin ortalarında alınmış evlərdən gedir.

Məlumata əsasən, kompleksin tikinti şirkəti həmin mənzilləri gizli şəkildə girov qoyub. Nəticədə məhkəmə daşınmaz əmlakı girov sahiblərinin xeyrinə müsadirə edib və hazırkı sakinlərin dərhal ərazini tərk etməsinə qərar verilib.

Nəşrin əldə etdiyi kadrlarda Royal Oasis sakinlərinin narazılığı, eləcə də mənzillərdən əşyaların və mebellərin çıxarılması görüntülənib.

Rusiyalı sahiblər qərarı məhkəmə qaydasında apeliyasiya etməyə hazırlaşdıqlarını bildiriblər.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR