Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sanksiyalar altında olan “Yanina” konteyner gəmisinin vurularaq batırıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya bayrağı altında üzən gəmi Qara və Azov dənizlərinin akvatoriyasında hücuma məruz qalıb və bundan sonra batıb.
Bildirilir ki, “Yanina”nın tutumu 100 min tondan çox olub. Ukrayna Prezidenti gəminin vurulmasının görüntülərini də yayımlayıb.
Zelenski həmçinin bildirib ki, eyni gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bölmələri Rusiyanın Başqırdıstan bölgəsində yerləşən üç neft emalı zavodunun infrastrukturunu vurub.
Sözügedən obyektlərin Ukrayna ərazisindən təxminən 1600 kilometr məsafədə yerləşdiyi qeyd olunur.
“Dəqiqliyə görə təşəkkür edirəm!” – Zelenski əməliyyatlardan sonra yazıb.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ