Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynadan Qara dənizdə Rusiyaya aid olmayan, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) infrastrukturuna bağlı olaraq Qazaxıstan neftinin ixracı üçün istifadə edilən tankerlərə zərbə endirməmək barədə razılıq əldə edib.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi ABŞ rəsmisinə istinadən yayıb. Bildirilir ki, Ukrayna Novorossiysk yaxınlığında son dron hücumlarından sonra ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparıb və bu məhdudiyyətlərə razılaşıb. Bu hücumlar limandan Qazaxıstan neftinin yükləmənməsinin pozulmasına və qlobal neft qiymətlərinin artmasına səbəb olub.
Bloomberg qeyd edir ki, ABŞ və neft daşıyıcıları Ukraynanın bir sıra tələblərini qəbul ediblər: neft daşıyan tankerlər Rusiya fiziki və ya hüquqi şəxslərinə məxsus olmamalıdır, Rusiya neftinin daşınması qadağandır və gəmilərin özləri Kiyevin sanksiyalarına məruz qalmamalıdır. Məlumat mübadiləsi və təhlükəsizliyin əlaqələndirilməsi üçün kommersiya daşıyıcıları ilə artıq xüsusi rabitə kanalları yaradılıb. Bu kanal vasitəsilə Qazaxıstan neftini daşıyan tankerlər barədə əvvəlcədən Ukraynaya məlumat veriləcək.
Qeyd edək ki, The Wall Street Journal (WSJ) əvvəllər mənbələrə istinadən xəbər vermişdi ki, Tramp administrasiyası Ukraynaya Qara dənizdəki üçüncü tərəf gəmilərinə və neft infrastrukturuna hücum etməmək barədə xəbərdarlıq edib. Nəşrin məlumatına görə, Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev rəsmiləri ilə Ukraynanın zərbələrindən dəyən ziyan məsələsini qaldırıb. Şirkət Xəzər Boru Kəməri Konsorsiumunda (XBKK) 15 faiz paya malikdir və öz infrastrukturunu qorumaqda maraqlıdır.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ